
İmişli rayonunda xurmanın yığımına başlanılıb.
Gununsesi.info xəbər verir ki, bu il məhsul həmişəki kimi boldur.
Belə ki, hər ağacdan 40 kq-a yaxın məhsul toplanır. Lakin məhsulun alış qiyməti fermerləri qane etmir:
“Həmişə xurmanı 1 manata satmışıq, amma bu il qiymətlər çox aşağı – 30 qəpiyə qədər ucuzlaşıb. Məcbur qalıb həmin qiymətə satırıq. Yoxsa məhsulumuz məhv ola bilər”. (“Report”)
Gununsesi.info