Tanzaniya prezidenti virusa yoluxmuş oğlunun necə sağaldığını açıqladı- ÇOX TƏƏCÜBLƏNƏCƏKSİZ

Tanzaniya prezidenti virusa yoluxmuş oğlunun necə sağaldığını açıqladı

Tanzaniyanın dövlət başçısı Con Maqufuli koronavirusa yoluxan oğlunun ənənəvi müalicə üsulları ilə sağaldığını iddia edib.

Gununsesi.org-un məlumatına görə, o, bunun üçün limon və zəncəfil qarışığından istifadə etdiklərini bildirib.

“Oğlum COVID-19-a yoluxduqdan sonra özünü təcrid etdi və müalicəyə başladı. Bitkilərdən, limon və zəncəfildən istifadə edərək, həmçinin, idmanla məşğul olaraq sağaldı”, – deyə prezident bildirib.

Qeyd edək ki, Tanzaniyada bu günə qədər 509 yoluxma faktı qeydə alınıb. Onlardan 21 nəfər ölüb, 183 nəfər isə sağalıb.

 

 

Gununsesi.org

COMMENTS