Müğənni Kərim Abbasov “Xəzər” televiziyasında yayımlanan “Ay Zaur” verilişinin qonağı olub.
Gununsesi.org xəbər verir ki, gözyaşlarına hakim ola bilməyən ifaçı ilk ailəsindən, evliliyindən danışıb: “11 il əvvəl vəziyyətim o qədər pis idi ki, mən 2 ay dəlilərlə dəlixanada yatmışam. Evliliyim zamanı o qədər problem yaşadım ki, dərin depressiya keçirdim. Çox heyf ki, o zaman böyük sözünə qulaq asmadım, düşdüm çirkabın içinə. Çox ağır günlər keçirdim. Bilmirəm mənə nə olmuşdu, ağzımı, burnumu bağlamışdılar, nə etmişdilər vallah, bilmirəm. Ailəmin sözünə qulaq asmayıb evləndiyim gün, həyatımın ən utanverici günüdür”.
COMMENTS