Nigeriyada etnik toqquşmada 38 nəfər öldü

Nigeriyada etnik toqquşmada 38 nəfər öldü

Nigeriyanın Adamava ştatında iki etnik qrup arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər həlak olub.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, toqquşmalar Hausa və Çabo etnik qrupları arasında baş verib. Nəticədə 38 nəfər ölüb, bir çox insan yaralanıb, yüzlərlə ev isə yandırılıb. Bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilərək vəziyyət nəzarət altına alınıb.

Qeyd edək ki, Nigeriyada ərazi ilə bağlı anlaşmazlıqlar səbəbindən tez-tez etnik qruplar arasında toqquşmalar yaşanır.

Gununsesi.org

 

COMMENTS