Qazaxıstan koronavirus peyvəndinin ilkin sınaqlarına başladı

Qazaxıstan koronavirus peyvəndinin ilkin sınaqlarına başladı

Qazaxıstanlı alimlər tərəfindən yaradılan COVID-19 əleyhinə peyvəndin ilkin sınaqlarına başlanılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Qazaxıstanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti açıqlama verib: “Qazaxıstan alimlərinin yaratdığı peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən preklinik tədqiqatlara icazə verilən COVID-19 əleyhinə peyvənd namizədlərinin siyahısına əlavə edilib. Sözügedən inaktiv peyvənd Təhsil və Elm Nazirliyi Elm Komitəsinin Bioloji Təhlükəsizlik üzrə Elmi Araşdırma İnstitutunun işçiləri tərəfindən hazırlanıb. Peyvənd Qazaxıstanda müalicə alan xəstələrdən götürülən bir virus ştammına əsaslanaraq hazırlanıb”.

Bildirilib ki, növbəti mərhələdə institutun alimləri bir sıra preklinik və klinik sınaqlar keçirməlidirlər. “Beləliklə, Qazaxıstan rəsmi olaraq COVID-19 əleyhinə peyvənd istehsalçılarından birinə çevrildi”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Qazaxıstanda bu günə qədər 6440 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 34-ü xəstəlik səbəbindən həyatını itirib.

 

 

Gununsesi.org

COMMENTS