Rusiyalı müğənni Nikolay Baskov Moskvadakı mənzili ilə gündəmə gəlib.
Gununsesi.org axşam.az-a istinadən bildirir ki, Preçistenski səmtində yerləşən evi ona tanınmış milyarderlərdən biri hədiyyə edib.
300 kvadrat metr sahəsi olan mənzilin dəyəri 750 milyon rubldur (təxminən 17 milyon 25 min manatdır).
Tez-tez xarici ölkələrə səfər edən müğənni mənzildə vaxt keçirə bilmədiyinə görə onu hazırda kirayəyə verir. Evin bir günlük icarə haqqı 370 – 520 min rubl arasında dəyişir (təxminən 8 min 400 – 11 min 800 manat).
COMMENTS