Deputat rüşvətxor və korrupsioner məmurlar barədə: “Taladıqları sərvətlərin onları qoruyacaqlarına ümid edirlərmiş”

Deputat rüşvətxor və korrupsioner məmurlar barədə: “Taladıqları sərvətlərin onları qoruyacaqlarına ümid edirlərmiş”

“Bəzi məmurlər ümumiyyətlə, özlərini bir növ kiçik padişah kimi aparırdılar”
Deputat Məlahət İbrahimqızı son vaxtlar ölkədə korrupsiya və rüşvətxorluqda həbs edilən dövlət məmurları ilə bağlı Gununsesi.org-aönəmli açıqlama verib.
Həmin müsahibəni sizə təqdim edirik:
Məlahət xanım bugün cəmiyyətdə ən çox danışılan, müzakirə olunan məsələlərdən biri ölkədə son aylar iri çinli vəzifə sahiblərinin korrupsiya və rüşvətxorluq əməllərinə görə həbs olunmalarıdır. Aparılan bu əməliyyatları Siz necə qimətləndirirsiz?
-Bilirsiz mən ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin tək son ayları əhatə etməsi fikri ilə razılaşa bilmərəm. Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənı dövlətimizin davamlı siyasəti kimi qəbul etmək lazımdır və bu mübarixə uzun illərdir ki, aparılır. Ölkəmizdə bununla bağlı institutsional mexanizmlər yaradılmışdır, dövlətin bu sahədə qəti siyasi iradəsi mövcuddur. Sadəcə, ölkəmizdə keçən ildən başlamış dərin və geniş miqyaslı islahatlar korrupsiyaya qarşı mübarizənin daha ardıcıl, daha sürətli və mütəşəkkil aparılmasını zəruri edir. Məhz bugünkü korrupsiya və rüşvətxorluğa qarşı mübarizə də ölkəmizdə uğurla həyata keçirilən islahatlara problem yaradan, özlərini “toxunulmaz” hesab edən bir qrup yüksək vəzifəli insanlar arasında həyata keçirilir.
Bildiyimiz kimi, Dövlət başçısının dövlət idarətmə prinsiplərində bir tərəfdən xalqın həqiqi mənada xidmətçi olmaqdırsa , digər tərəfdən şəffaf və təmiz işləmək, dövlət malına göz dikməmək və ona müqəddəs baxmaq, sadə vətəndaşların haqqını tapdalamamaq, süründürməçilik hallarına yol verməməkdir.
Möhtərəm Prezidentimiz bu fikirləri demək olarki keçirdiyi bütün görüşlərdə və müşavirələrdə səsləndirir. Hətta Dövlət başçısı ictimaiyyəti də dövlətçiliyimiz üçün ciddi təhlükə olan bu neqativ hallara qarşı mübarizəyə çağırır. Çox təəssüf ki, reallıq hissini itirmiş bir qrup yerli və mərkəzi icra strukturlarında yüksək vəzifə tutan insanlar bundan nəinki nəticə çıxardılar, hətta sadə vətandaşların alın təri ilə qazandığı maaşlarından faydalanmağı da özlərinə şərəf bildilər. İş o yerə çatmışdır ki, onlar bu çirkli əməllərini ölkə Başçısından gizlətmək üçün bəzi hallərda “yuxarılarda” olan havadarları ilə işbirliyi yaratmaqla da uzun müddət qorumağa çalışmışlar..
Bu səbəbdən də, kütləvi narazılığın olduğu bəzi rayonlarda vətədaşların şikayətləri nəinki cavabsız qalırdı ya da əsasız hesab olunurdu, hətta Möhtərəm Prezidentimizə və Birinci vitse Prezidentimizə ünvanlanan müraciətlər onlara çatdırılmırdı. Bəzi məmurlər ümumiyyətlə, özlərini bir növ kiçik padişah kimi aparırdılar. Möhtərəm Prezidentimizin hər yeni təyinat zamanı görüşdüyü kadrlara olan tapşırıqları hər kəs xatırlayır. Çox təəssüf ki, bugün həbs olunmuş bu məmurlar bunu ya anlaya bilmirdilər ya da yumşaq desək, taladıqları sərvətlərin onları qoruyacaqlarına ümid edirlərmiş.
Güman edirəm ki, yüksək vəzifədə “burda mənəm Bağdadda kor xəlifə” düşüncəsində olan məmurlar hələ də az deyil və ümidvaram ki, dövlətimizin həyata keçirdiyi kompleks islahatlar mərhələsində bu cür məmurlar tam təmizlənəcəkdir.
Məlahət xanım, son günlərdə bəzi mərkəzi icra orqanlarda aparılan əməliyyatlarda bu orqanların ikinci şəxsi və digər vəzifəli şəxslər təqsirləndirilərək həbs olunmuşlar. Bu o deməkdirmi ki, bu orqanların birinci şəxsləri xəbərsizdir və ya günahsızdır?
Bilirsiniz, hələ ki, son iki faktla bağlı tez qərar çıxarmaq düzgün olmaz. Hələlik istintaq sirridir və biz tələsik fikir bildirməməliyik. Amma bir fikri bölüşmək istərdim ki, sonuncu mərkəzi icra orqanlarında əgər korrupsiya və rüşvətxorluk halları həqiqətən də uzun illər və davamlı baş veribsə və bundan da birinci şəxsin xəbəri olmayıbsa bu yol verilməzdir və hesab edirəm ki, bunu ancaq cinayətə göz yummaq adlandırmaq olar. Amma yenə demək istərdim ki, son sözü istintaq deyəcəkdir, tələsik rəy bildirmək doğru deyil. İnanıram ki, aparılan bütün əməliyyatların təməlində ədalət olacaqdır.
Həbs olunan bu məmurların təyinatında onları təqdim edən insanların məsuliyyəti necə…?
Çox təəssüf ki, kadrlar bilik ,təcrübə və bacarıqlarına görə təyin olunurlar. Hələ ki, dünyada vicdanı ölçən cihaz kəşf olunmayıbdır. Təəssüf ki, vəzifə bəzi insanların psixalogiyasına çox təsir edir və bu isə onların düz yoldan çıxmasına səbəb olur. Belələri başa düşmür ki, vəzifə xidmət üçün vasitədir.
Həbs olunan bu məmurların bəziləri hətta ali dövlət mükafları ilə təltif olunmuşdur. Bu məsələyə münasibətiniz..
Bu, bir daha sübut edir ki, heç bir imtiyaz yüksək vəzifə tutan məmurlara törətdikləri cinayət əməli qarşısında toxunulmazlıq verə bilməz. İstər YAP üzvü olsun, istər bitərəf, istər müxalifət və ya dövlət təltifi hər kəs qanun qarşısında bərabərdir və ona hesab verməlidir. Möhtərəm Prezidentimiz əbəs yerə səsləndirmir ki, heç kəs düşünməsin ki, onun əvvəlki xidmətləri törətdiyi cinayətə bəraət verə bilər. Bu, qətiyyən belə ola bilməz.
Məlahət xanım, yüksək statuslu vəzifəlilər arasında aparılan bu əməliyyatlar sübut etmirmi ki, ölkədə korrupsiya və rüşvətxorluq əməlləri çoxdur?
Qətiyyən belə deyil. Dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə hallar var. Mən çox örnək və hallar gətirmək istəmirəm. Bir az yumorlu olsun deyə, bir hadisəni xatırladım. Son vaxtlar bütün dünyanın koronavirusa mübarizə apardığı dövrdə Çindən Avropaya konkret ölkələrə göndərilmiş milyonlarla dollarlıq tibb materiallatı və ləvazimat elə Avropanın digər ölkələrinin yüksək səviyyəli təşkilatları tərəfindən oğurlanmışdır. Korrupsiyaya qarşı mübarizədə əsas məsələ dövlətin institutsional mexanizmlərinin və siyasi iradənin olmasıdır ki, o da bizim ölkədə yüksək səviyyədədir. Bu ölkə ictimaiyyəti tərəfindən də dəstəklənir və təqdir olurur. Fürsətdən istifadə edib demək istərdim ki, bu mübarizədə ictimaiyyətin, vətəndaş cəmiyyəti qurucularının, mətbuatın da məsuliyyəti böyükdür. Çox təəssüf ki, cəmiyyətdə hələ də ictimai qınaq, ictimai nəzarət yetəincə deyil, bəzi hallarda ziyalıların bu məsələdə biganə münasibətləri hələ də hiss edilir. Onlar bu məsələdə daha fəal olması çox fayda verə bilər. Sözsüz ki, cəmiyyətdə xərçəng xəstəliyi kimi hökm sürən bu problemə qarşı mübarizədə parlamentin, daha doğrusu, millət vəkillərinin rolu və vəzifə məsuliyyətləri daha çoxdur. Hesab edirəm ki, 6-cı çağırış Milli Məclisində təmsil olunan millət vəkilləri bu problema qarşı daha barışmaz mövqe sərgiləyəcəklər.

Gununsesi.org

COMMENTS