Bu ölkə “uçan avtomobillər”dən ibarət donanma yaradır:Yüksək texnologiya insanları yeni eraya götürür

Bu ölkə “uçan avtomobillər”dən ibarət donanma yaradır:

ABŞ uçan nəqliyayt vasitələrindən ibarət donanma yaradacaq.

Gununsesi.org xəbər verir ki, ABŞ hərbi rəhbərliyi yaxın onilliyinin sonuna qədər bu layihəni tamalamağı planlaşdırır. İlkin olaraq ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında 30 ədəd uçan avtomobilin olması planlaşdırlır.

Məsələ ilə bağlı digər maraqlı məqam Hərbi Hava Qüvvələrinin bu cür avtomobillərin mülki vətəndaşlar üçün də satışını həyata keçirəcəyi ilə bağlıdır. Komandanlıq hesab edir ki, bu cür avtomobillərin mülki vətəndaşlara satışında heç bir problem yoxdur. Əksinə, belə bir satış hərbi büdcəyə əlavə vəsait gətirə bilər. Komandanlıq bu “yeni bazardan” ikirətərəfli istifadə planları ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da uçan avtomobillərin tam təhlükəsiz olub-olmaması ilə bağlı sınaqlar həyata keçirilir. Kütləvi istehsalın başlaması bu sınaqların nəticəsindən asılı olacaq.

Gununsesi.org

COMMENTS