Co Bayden Pedro Sançezi qəbul edəcək

ABŞ prezidenti Co Bayden mayın 12-də Ağ Evdə İspaniyanın Baş naziri Pedro Sançesi qəbul edəcək.

Gununsesi.info xəbr verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pier keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

HTML tutorial

Co Baydenin mayın 12-də Ağ Evdə İspaniyanın Baş naziri Pedro Sançesi qəbul edəcəyini açıqlayan Karin Jan-Pier bildirib ki, liderlər ikitərəfli müdafiə məsələləri, transatlantik təhlükəsizlik və iqtisadiyyat məsələləri, həmçinin Rusiya-Ukrayna müharibəsi və bu kontekstdə rəsmi Kiyevə verilən dəstəyi müzakirə edəcəklər.

Karin Jan-Pier  Co Bayden və İspaniya liderinin həmçinin  iqlim dəyişikliyi, Latın Amerikası və Karib hövzəsində əməkdaşlığın genişləndirilməsi kimi bir sıra məsələləri müzakirə edəcəklərini də qeyd edib.

 

Şəbnəm

Gununsesi.info