
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusuna məxsus 2 “Miq-29” və 2 “Su-25” model döyüş təyyarəsinin vurulduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Konaşenkov Ukraynadakı müharibədə Rusiya ordusunun hərəkətləri ilə bağlı açıqlamalar verib.
Donetsk istiqamətində Artyömovsk (Bahmut) olan rus hücum dəstələrinin bir gündə şimal-qərb, mərkəz və cənub-qərb bölgələrində üç rayonu nəzarətə götürdüyünü bildirən Konaşenkov, Rusiya hava-desant qüvvələrinin şəhərin şimal və cənub perimetrlərini bağladığını bildirib.
Konaşenkov bəyan edib ki, Artyomovsk şəhərinin şimal-qərb və mərkəzi hissələrində Ukrayna Silahlı Qüvvələrinin hücum dəstələrinin əks-hücum cəhdlərinin qarşısı alınıb.
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin bir gündə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarəni vurduğunu qeyd edən Konaşenkov Donetsk vilayətinin Novoukrainka və Sergeyevka yaşayış məntəqələri yaxınlığında 2 Miq-29-un, bir Su-25 qırıcısının vurulduğunu bildirib. Təyyarə Xarkov vilayətinin Dolqenkoye qəsəbəsi yaxınlığında vurulub.
Konaşenkov həmçinin, “Rusiya hava hücumundan müdafiə sistemləri Uqledar yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 qırıcı təyyarəsini də vurub”.
Mətbuat katibi Konaşenkov bildirib ki, bu günə qədər 411 təyyarə, 228 helikopter, 3776 pilotsuz uçuş aparatı, 415 hava hücumundan müdafiə raket sistemi, 8732 tank və zirehli texnika, 1089 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 4619 haubitsa və xüsusi təyinatlı hərbçilərin1717 olmadığını bildirib.
Gununsesi.info