
Ermənistan Baş nazir Nikol Paşinyan dövlət gerbi arasında yer alan Ağrı Dağının onlara maraqlı olmadığını söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir bunun gərəksiz olduğunu dilə gətirib.
Dövlət arması arasında Ağrı Dağının yer almasını qınayan Paşinyan “Bunun indiki Ermənistanla heç bir əlaqəsi yoxdur”, – deyə açıqlayıb.
Paşinyan daha sonra çıxışnda dövlət gerbinin Ermənistanın təminatı olduğunu söyləyərək orada Ağrı Dağının yer almasını “öz torpağımız” görüntüsü yaradacağını bildirərək, “Bu, bizi yox edin, anlamına gəlir”, deyib.
Paşinyan 1991-ci ildə yeni dövlətin təməlləri atılarkən buna nədən ehtiyac duyulduğunu anlamadığını qeyd edərək ölkəsini və dövlətini ən çox sevənin özü olduğunu vurğulayıb.
“Bu tip əməllər xalqın psixologiyasına qatqı vermir”, deyib.
Tərcümə: Arzu