Bir neçə gün qabaq 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi namizəd Müzadil Həsənovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın adından seçki prosesində sui-istifadə etməsinə dair xəbər yayılıb.
Bununla bağlı Gununsesi.org-da yayımlanan məlumatda deyilir ki, Gədəbəydə təşkil edilən «Milli Yaylaq Festivalı»na gələn Bilal Ərdoğanla fotosunu şəhər ictimaiyyəti arasında yaydıraraq, ona Türkiyə hökumətindən dəstək olması görünütüsünü yaradır.
Bununla bağlı xəbərə reaksiya verən Müzadil Həsənov Gununsesi.org-a məktub yollayıb.
Məktubunda deputatlığa namizəd yazır ki, Bilal Ərdoğanla tanışlığı keçən il yayda Gədəbəydə təşkil olunan «Milli Yaylaq Festivalı» zamanı yaranıb: “Müzakirə mövzumuzda da«II Milli Yaylaq Festivalı» ilə bağlı olub. Hər hansısa başqa mövzu, siyasi məsələlər, seçki mövzusu və s. qəti müzakirə obyekti olmayıb. Bu böhtan dolu iddianın namizədliyimin təsdiq edilməsindən dərhal sonra paylaşılması çox şeydən xəbər verir. Mən heç zaman belə bir iddiada olmamışam”.
Gununsesi.org
COMMENTS