Sumqayıtda “Azərişıq”ın əməkdaşını cərəyan vurub

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

 

Belə ki, ASC-də elektrik işləyən Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Vaqif oğlu Quliyev iş görən zaman onu cərəyan vurub.

 

Termik yanıq xəsarətləri alan E.Quliyev xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info