
Ukrayna rəsmiləri axşam saatlarında Zaporojyada Dnepr çayı sahilində yerləşən Reikartz otelinin Rusiya raketi ilə hədəf alındığını, hücumda 1 nəfərin öldüyünü, 2-si uşaq olmaqla 14 nəfərin yaralandığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, polisin verdiyi açıqlamada hücumun yerli vaxtla saat 19:20-də “İsgəndər” raketi ilə həyata keçirildiyi bildirilib.
Ukrayna prezidenti Vladimir Zelenski “Zaporojya şəhəri hər gün Rusiyanın bombardmanından əziyyət çəkir. İşğalçıların raketlə vurmasından sonra mülki binada yanğın baş verib” deyib.
Digər tərəfdən, dünən Rusiyanın Zaporojya şəhərinə edilən hücumda 3 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb. Bildirilir ki, vurulan oteldən qeyri-hökumət təşkilatları və Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşları bölgədə işləyərkən tez-tez istifadə edirdilər.