
Madaqaskarda stadionda faciə yaşanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 50 min adam eyni anda stadiona girməyə çalışarkən izdiham yaşanıb.
Olay zamanı 12 nəfər ölüb, 80 adam isə yaralanıb. Yerli mətbuat ölü və yaralıların sayını təsdiq edərək bu barədə Baş nazir Kristian Ntsayın açıqlamasına istinad edir.
Faciə Madaqaskarda “Hind Okeanı Ada Oyunları”nın açılışı zamanı baş verib.
“Hind Okeanı Ada Oyunları”na Mavritaniya, Seyşellər, Komor Adaları, Mayotte, Reunion və Maldiv adalarının idmançıları qatılır.
Çox uğurlu bir idman yarışması olan”Hind Okeanı Ada Oyunları” 3 sentyabradək davam edəcək.
Tərcümə: Arzu