Çempionlar Liqası: “Qalatasaray” Norveç səfərində

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, Azərbaycanda çoxsaylı azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu Norveçdə “Molde”nin qonağı olacaq.

Digər görüşlərdə Portuqaliya “Braqa”sı Yunanıstan “Panatinaikos”unu, İsrail təmsilçisi “Makkabi” (Hayfa) isə “Yanq Boyz”u (İsveçrə) qəbul edəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23 avqust

23:00. “Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan)

23:00. “Makkabi” (Hayfa, İsrail) – “Yanq Boyz” (İsveçrə)

23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə)

Gununsesi.info