
Dünən Türkiyədə seçicilərlə görüşdə halı pisləşən Rəcəb Tayyib Ərdoğan növbəti görüşləri təxirə salıb.
Gununsesi.info-nun xəbərinə görə bu barədə o özünün sosial şəbəkə hesabında yazıb:
“Sıx iş qrafiki ilə bağlı efir əsnasında səhhətimlə bağlı yaşadığım xırda narahatlığıma görə “keçmiş olsun” diləklərini, dualarını çatdıran nəcib millətimin hər bir fərdinə, hər bir bacı-qardaşıma təşəkkürümü bildirirəm”.
O, həkimlərin məsləhəti ilə evdə istirahət edəcəyini deyib və Kırıkkale, Yozgat, Sivasda sakinlərlə görüşə bilməyəcəyi üçün təəssüfünü dilə gətirib.
“Kırıkkale, Yozgat və Sivasdakı tədbirlərdə bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək. Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik.
Sevgili millətimizi “Türkiyənin yüz ili” hədəflərinə çatdırmaq üçün fəaliyyətlərimizə davam edəcəyik”, – deyə dövlət başçısı əlavə edib.
Şəbnəm
Gununsesi.info