
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam ələ keçirərək nəzarət altına alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
“Rusiya Federasiyasının silahlı qüvvələri Xerson vilayətinin bütün ərazisini tam nəzarətə götürüb” – o vurğulayıb.
Nazirlik rəsmisi əlavə edib ki, DXR qoşunları hücumu davam etdirərək Ukrayna ordusunun müdafiəsini yarıb və Panteleymonovka yaşayış məntəqəsini nəzarətə götürərək Verxnetoretskoye-Novoselovka-2 xəttinə çatıb.
Gununsesi.info