
“Baş nazirin birinci müavini Yaqub Eyyubovun 40 yaşlı oğlu Orxan Eyyubov Kanada vətəndaşlığı alıb”.
Gununsesi.info-nun xəbərinə görə, Yaqub Eyyubovun oğlu Orxan bu məlumatı Britaniya hökumətinə bu gün açıqlayıb.
O, bu ölkədə Kanada kapitallı New Canada Capital Ltd. şirkətinin əsas səhmdarı və direktorudur.
14 milyon funt investisiya aktivi olan şirkəti Londonda yaradanda Orxanın 27 yaşı vardı və o zaman Azərbaycan vətəndaşı idi. Şirkət daşınmaz əmlak sektorunda işləyir.
Qeyd edək ki, Yaqub Eyyubov Azərbaycanın ən varlı məmurlarındandır.
Onun ölkə xaricindəki sərvəti yüz milyonlarla ölçülür.
Yaqub Eyyubov Azərbaycanda həm də o məmurlardandır ki, ölkədəki varidatını saxlayıb.
Gununsesi.info