
Martın 13-də rus ihərbçilər eksperimental fizik, V.E. Laşkarev adına Ukrayna Milli Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutunun direktor müavini Vasili Kladkonu güllələyiblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Ukrinform” Ukrayna Milli Elmlər Akademiyasının bəyanatına istinadla məlumat yayıb.
Bildirilib ki, qətl Kiyev vilayətinin Vorzel şəhərində baş verib .
65 yaşlı alim ailəsini oradan götürmək üçün Vorzelə gəlib. Vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsi səbəbindən həyat yoldaşı və nəvələri doğma şəhərdən ayrılmağa müvəffəq olublar. Lakin Vasili gecikib. Rus qoşunları şəhər tipli qəsəbəyə daxil olanda o, artıq Vorzeldən sağ çıxa bilməyib.
Vasili 2007-ci ildə professor elmi adına layiq görülüb. 2015-ci ildə Vasili Petroviç Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Gununsesi.info