
“Qərb ölkələri Ukraynaya muzdlu döyüşçülər göndərib. Biz onların harada olduğunu bilirik. Həmin yerlərə hücumlar təşkil edəcəyik”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.
Konaşenkov Rusiya ordusunun Ukraynanın müdafiə sənayesində fəaliyyət göstərən zavodlarını məhv edəcəyini deyib.
“Biz belə müəssisələrdə çalışan və müəssisələrin ətrafındakı evlərdə yaşayanları təhlükəli əraziləri tərk etməyə çağırırıq”, – general-mayor bildirib.
“Bəzi Qərb ölkələri öz vətəndaşlarını dövlət səviyyəsində Ukraynaya muzdlu əsgər kimi getməyə həvəsləndirir. Onların ölümünə görə öz ölkələri məsuliyyət daşıyacaq”, – İqor Konaşenkov əlavə edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdən Rusiya tərəfində iştirak edəcək “könüllü döyüşçülərin” Ukraynadakı münaqişə zonalarına daşınması barədə göstəriş verib.
Gununsesi.info