Ukrayna “Eurovision 2022” ilə bağlı QƏRARINI AÇIQLADI - FOTO

Rusiyanın Ukraynaya hücumuna baxmayaraq, Kiyev “Eurovision 2022” mahnı müsabiqəsində iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynada keçirilən müsabiqə komitəsinin Feysbuk səhifəsində məlumat verilib.

“Güclü və inanılmaz dövlətimiz yenə də “Eurovision 2022″də iştirak edəcək!” – məlumatda deyilir.

Döyüşlərə baxmayaraq, “Kaluş” orkestri öz ifasını təhlükəsiz yerdə lentə alacaq və mahnı müsabiqəsinin təşkilatçılarına göndərəcək.

“May ayına qədər işğalçılar üzərində qələbə qazanacağımız təqdirdə nümayəndə heyətimiz İtaliyaya gedəcək və bütün Avropa üçün canlı oxuyacaq!” – yazıda qeyd olunub.

Xatırladaq ki, Alina Paş “Eurovision 2022” üçün milli seçimdə iştirakını dayandırdıqdan sonra təşkilatçılar beynəlxalq mahnı müsabiqəsində Ukraynanı “Stefaniya” mahnısı və “Kaluş” orkestri ilə təmsil etmək qərarına gəliblər.

Gununsesi.info