
Rusiyanın XİN rəhbəri Sergey Lavrovun ölkəsinin Ukraynaya hücumu ilə bağlı xarici jurnalistlərin sualına cavabı dünyada təəccübə səbəb olub.
15 gündür ki, Ukraynaya raket zərbələri endirən, ağır texnikalarla hücuma keçən rus ordusunun törətdiyi faciələr göz önündə olsa da Lavrov həyasızcasına yalan danışıb.
O, deyib: “Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq etmişik. Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”.
Gülnar
Gununsesi.info