
Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası elektrik təchizatını bərpa edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tvitter səhifəsində bildirib.
Xatırladaq ki, martın 9-da Rusiya hərbçilərinin hücumu nəticəsində stansiyanın elektrik enerjisi təchizatı ötürməsi dayanmışdı.
Martın 13-də AES-in elektrik təchizatı bərpa olunsa da, növbəti gün Rusiya hərbçiləri onu yenidən zədələmişdi.
Gununsesi.info