
Raket sınaqlarından sonra casus peyki buraxaraq ABŞ-ı qorxudan Şimali Koreya peykə müdaxilənin müharibə aktı sayılacağını açıqlayıb.
Gununsesi.info bildirir ki, Şimali Koreya xəbər agentliyi KCNA-nın ordu sözçüsünə əsaslanan xəbərinə görə, Şimali Koreya ABŞ-ın kosmosa göndərdiyi casus peykinə müdaxilə edəcəyi təqdirdə, ABŞ-ın casus peyklərini məhv edəcəyini bəyan edib.
Son zamanlar ardıcıl raket sınaqları keçirən Pxenyanın kosmosa casus peyki buraxması Sakit okeanda gərginliyi artırıb. Bildirilib ki, Şimali Koreya prezidenti Kim Çen In ABŞ bazaları, Ağ Ev və Pentaqonun peyk vasitəsilə görüntülənən fotoşəkillərini araşdırıb.
Şimali Koreya son açıqlamasında casus peyk hərəkətini tənqid edərək, ABŞ-ın dünyada ən çox casus peyki olan ölkə olduğuna diqqət çəkib. Bəyanatda deyilirdi: “Gözlənilməz münaqişə baş verərsə, ölkəmizi daim hərbi təhdid edən ABŞ-ı məsuliyyətə cəlb edəcəyik”.
ABŞ ordusu bundan əvvəl Şimali Koreyanın kəşfiyyat peykinə təhlükə hiss edərsə, ona müdaxilə edə biləcəyi barədə siqnal vermişdi. ABŞ və Cənubi Koreya da casus peyk böhranından sonra Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Gununsesi.info