
ABŞ-da 5 senator tənəffüs yolu yoluxucu xəstəliklərin artdığı ABŞ və Çin arasında səyahət qadağasının qoyulmasını tələb edib.
Gununsesi.info xəbər verir ki, Marko Rubionun başçılıq etdiyi 5 respublikaçı senator Çində tənəffüs yolu yoluxucu xəstəliklərlə bağlı qəfil artımdan sonra Bayden administrasiyasına məktub yazıb.
Məktubda Çində uşaqlar arasında sürətlə yayılan “müəmmalı” və “naməlum” xəstəliyə toxunaraq, “Bu yeni xəstəliyin yaratdığı təhlükələr haqqında daha çox məlumat əldə edənə qədər ABŞ və Çin arasında səyahətləri dərhal məhdudlaşdırmalıyıq” deyilir.
Məktubda Çinin Covid-19 epidemiyası zamanı faktları gizlətdiyi xatırladılıb və bunun ABŞ-a baha başa gəldiyi vurğulanıb.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Maria Van Kerkhove ötən həftə mövzu ilə bağlı verdiyi açıqlamada Çində görülən xəstəlik dalğasının 2018-2019-cu illərdə Covid-19-dan əvvəl müşahidə olunan qədər yüksək olmadığını bildirib.
2020-ci ilin yanvarında ABŞ-ın keçmiş prezidenti Donald Tramp Covid-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün Çindən ABŞ-a səyahətə bəzi məhdudiyyətlər qoyub, lakin uçuşları qadağan etməyib.
Gununsesi.info