Henri Kissincer 100 yaşında vəfat etdi

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Associates” məlumat yayıb.

Ölümün səbəbləri dəqiqləşdirilməyib.

“Amerikanın ən böyük dövlət xadimlərindən biri hesab edilən doktor Kissincer 1977-ci ildə dövlət qulluğundan getdiyi vaxtdan bəri Amerikanın həm siyasi partiyalarının prezidentləri, həm də çoxsaylı xarici liderlərlə müntəzəm məsləhətləşmələr aparıb”, – məlumatda deyilir.

Gununsesi.info