
İran İsrailin Suriyaya hücumu nəticəsində İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 hərbçinin öldüyünü açıqlayıb.
Gununsesi.info bildirir ki, İnqilab Keşikçiləri Korpusunun yaydığı yazılı açıqlamada İsrailin Suriyada həyata keçirdiyi hücumda Məhəmməd Əli Atayi Şurçe və Pənah Təkizadə adlı iki hərbçinin öldüyü bildirilib.
Hücumda həyatını itirən SEPAH-ın iki əsgərinin Suriyada “hərbi məsləhətçi” olduğu qeyd edilib.
Dəməşq administrasiyasının xəbər agentliyi SANA İsrail qüvvələrinin səhər saatlarında paytaxt Dəməşq yaxınlığında hava hücumu təşkil etdiyini açıqlayıb.
Gununsesi.info