Hindistanda çökən tunelin altında qalanlar 17 gündən sonra xilas olunub

  • By ilhame
  • 28 Noyabr 2023 20:22

Hindistanın Uttarxand ştatında tikilməkdə olan nəqliyyat tunelinin çökməsi nəticəsində içəridə qalan 41 işçinin hamısı 17 gün sonra xilas edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, müxtəlif riskli üsulların tətbiq edildiyi xilasetmə əməliyyatlarının sonunda həmin şəxsləri sağ çıxarmaq mümkün olub.

Qeyd edək ki, hadisə noyabrın 12-də baş verib.

Gununsesi.info