
Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qız döyülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist İntiqam Valehoğlu sosial şəbəkədə bildirib.
“Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdini bu vəziyyətə qoyublar. Direktor Svetlana Nəbiyeva uşağın valideyni ilə ” anlaşmağa” çalışır”, – deyə jurnalist bildirib.
Qeyd olunur ki, gözündən ağır xəsarət alan azyaşlı üçün təcili yardım çağırmadığı da bildirilir.
Onun digər məktəbli ilə toqquşaraq xəsarət aldığı deyilsə də, anası Təranə Məmmədzadə bunun doğru olmadığını bildirib. O, məsələ ilə bağlı polisə şikayət edib.



