Qərbi Qüdsdə silahlı hücum: 1 israilli qadın həlak oldu – Yaralılar var

Qərbi Qüdsdə silahlı hücum nəticəsində bir israilli qadın həlak olub, daha 5 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, İsrail Polis Departamentinin nümayəndəsinin sözlərinə görə, hadisə Qərbi Qüdsün girişində baş verib.

Xəbərdə deyilir ki, hücum edənlərdən ikisi zərərsizləşdirilib və çoxlu sayda təhlükəsizlik qüvvələri hadisə yerinə göndərilib.

Öz növbəsində İsrailin “Davidin Qırmızı Ulduzu” təcili xidməti bir israilli qadının öldüyünü bildirdi. İsrail xidmətinin məlumatına görə, daha 5 ağır yaralı xəstəxanaya yerləşdirilib.

Gununsesi.info