Zərdabda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

  • By Günel
  • 20 Noyabr 2024 22:53

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Zərdab-Ağcabədi magistral yolunda qeydə alınıb. Belə ki, Aqil Cəbrayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Nazim Umudovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Mercedes”də olan qadın sərnişin, VAZ-da olan sürücü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info