Aprelin 10-u axşam saatlarında Şabran rayonunda iki nəfərin ölümü nəticələnən yol-nəqliyyat hadisəsi yaşanıb.
Gununsesi.org AZƏRTAC-a istinadən bildirir ki, rayonun Hacıqaraqaşlı kəndində qeydə alınan hadisə zamanı “Kia Cerato” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu dünyasını dəyişib.
Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar – Zəkiyev İsmayıl Rövşən oğlu, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onu da bildirək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran (Dəvəçi) Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Xanoğlan oğlu Şahverdiyevin dördüncü ağır yol-nəqliyyat hadisəsidir.
COMMENTS