Milli Məclisin yeni seçilən gənc deputatı Bəhruz Məhərrəmov facebook üzərindən canlı yayım edib.
Gununsesi.org-un xəbərinə görə, deputat seçiciləri ilə birbaşa bağlantıda onların şikayətlərini dinləyib və suallarına cavab verib.
İzləyicilərdən biri Biləsuvar rayonundakı ədalətsizlikdən danışarkən DTX-nın bu rayonda da əməliyyat keçirməsinə zərurət olduğunu deyib.
Buna deputatın cavabı isə gözlənilməz olub.
Belə ki, seçiciyə cavabında “DTX-nın bizim rayona gəlməsi mümkündür” deyən Bəhruz Məhərrəmov əlavə edib ki, bu, icra hakimiyyəti ilə adıçəkilən qurumun arasında olan məsələdir.
Günay Təhməzova
Gununsesi.org
COMMENTS