“Sabah”dan böyükhesablı qələbə

Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.

Gununsesi.info xəbər verir ki, 1-ci tur Bakıda “Sabah” və “Qəbələ” komandaları arasında keçirilən oyunla tamamlanıb.

Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” “Qarabağ”ı, “Kəpəz” də “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
1-ci tur
6 avqust

“Sabah” – “Qəbələ” 5:0
Qol: Emmanuel Apeh, 21. Anatoli Nuriyev, 36. Aleksey İsayev, 45. Coy Lens Mikels, 56. Tellur Mütəllimov, 79.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”.