“Qarabağ” “Rakuv”a qarşı

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Gununsesi.info xəbər verir ki, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

Ağdamlılar “Rakuv”la birinci görüşünü Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. Matç Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, cavab qarşılaşması isə avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu.

Gununsesi.info