Səudiyyə Ərəbistanında neft hasilatı azalacaq

Səudiyyə Ərəbistanı gündəlik neft hasilatının könüllü olaraq bir milyon barel azaldılmasını daha üç ay müddətinə – 2023-cü ilin dekabr ayının sonuna qədər uzadacaq.

Gununsesi.info “Reuters”-ə istinadən neft hasilatının könüllü şəkildə azaldılması və ya artırılması ilə bağlı qərara hər ay yenidən baxılacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında oktyabr, noyabr və dekabr aylarında neft hasilatının həcmi sutkada təxminən 9 milyon barel təşkil edəcək.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info