BƏƏ və Səudiyyə Ərəbistanı Pakistana 50 milyard dollar yatırım edəcək

  • By arzu
  • 05 Sentyabr 2023 13:09

BƏƏ və Səudiyyə Ərəbistanı Pakistana 50 milyard dollar yatırım edəcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, pul yardımı Pakistanın ayrı-ayrı sektorlarına qoyulacaq. Pakistanın keçid dönəmi üzrə Baş naziri Envarul Haq Kakar hər iki ölkədən gözləntilərini dilə gətirib.

Kakar S. Ərəbistanın Pakistanda mədənçilik, əkinçilik və bilgi texnologiyası sektorlarına yatırım edəcəyini vurğulayıb.

Maddi yatırımların bu ilin iyun ayında Pakistanda qurulan Özəl Yatırımları Asanlaşdırma Şurası vasitəsi ilə ediləcəyi bildirilir.

Başda Körfəz ölkələri olmaqla, digər ölkələrdən gələn yatırımları cəlb etməyi hədəfləyən şurada hökumət yetkililəri ilə yanaşı, Pakistan ordusundan olan adamlar da yer alacaq.

İqtisadi böhran səbəbi ilə Pakistanda xarici yatırımları ölkəyə çəkərək ticarət kəsrinin qapadılması və xarici borcların ödənilməsi hədəflənir.

Pakistan iqtisadiyyatının ən böyük problemlərindən birinin korrupsiya oluğu bilinir.

Ölkədə hər il milyardlarla dolların korrupsiyaya xərcləndiyi və bunun ölkə iqtisadiyyatına böyük zərbə vurduğu bildirilir.

 

Tərcümə: Arzu

Gununsesi.info