
Kubada Rusiya üçün savaşmaq üzrə əsgər toplayan bir şəbəkə təsbit edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Nazirlik tərəfindən edilən açıqlamada Kuba vətəndaşlarını zorla Ukraynadakı savaşa göndərən şəbəkənin həm Rusiyada, həm də Kubada fəaliyyət göstərdiyi bildirilib.
Açıqlamada Kuba Daxili İşlər Nazirliyinin şəbəkəni təsirsiz hala gətirmək üçün əməliyyat başlatdığı vurğulanır. Kubalıların zorla döyüşə göndərilməsinə yönələn fəaliyyətlərin bitirildiyi qeyd edilir.
May ayında bir rus qəzetində yazılan xəbərdə bir çox Kuba vətəndaşının Rusiya ordusu ilə anlaşma imzaladığı və Rusiya vətəndaşlığı qarşılığında Ukraynaya göndərildiyi önə sürülmüşdü.
Ancaq Rusiyadan mövzu ilə bağlı açıqlama verilməyib.
Tərcümə: Arzu