Sərhədləri bağlı saxlamaq doğru qərardır - Finlandiya Prezidenti

  • By ilhame
  • 06 Aprel 2024 21:57

Finlandiyanın Rusiya ilə şərq sərhədini bağlı saxlamaq düzgün qərardır”.

 

Gununsesi.info xəbər verir ki, bunu Finlandiya Prezidenti Alexander Stubb “Yle” telekanalına müsahibəsində danışıb.

 

Qeyd olunur ki, Stubb Finlandiya hökumətinin Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrini qeyri-müəyyən müddətə tamamilə bağlamaq qərarını dəstəkləyib.

 

Finlandiya prezidentinin sözlərinə görə, sərhədin qeyri-müəyyən müddətə bağlanması xaosun qarşısını alacaq.

Gununsesi.info