
31 mart bələdiyə seçkilərində gözləntilərini doğrultmayan İYİ Partiyanın daxilində ziddiyyətlər yaranıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, seçki məğlubiyyətindən sonra növbədənkənar qurultay qərarını açıqlayan sədr Meral Akşener də daxil olmaqla “dəyişiklik” səslərinin yüksəldiyi partiyada millət vəkilləri və üzvlərin iştirakı ilə seçki nəticələrinin hərtərəfli qiymətləndirilməsi aparılır.
Yaxın ətrafının dediyinə görə, Akşener hələlik, namizəd olub-olmayacağına qərar verməyib.
Ancaq partiya artıq iki yerə bölünüb: “İYİ Partiya lider partiyadır, Akşener getsə, partiya bitəcək” deyənlər və “İYİ Partiya güclü siyasi hərəkatdır və onun davamlılığı üçün dəyişiklik vacibdir” deyənlər var.
Yaxın tarixdə İYİ Partiyanın aparıcı siyasi qüvvə olub-olmayacağı bəlli olacaq.
Afət
Gununsesi.info