
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı tərəflər İranın İsrailə və İsrail xalqına qarşı açıq təhdidlərini müzakirə ediblər.
“Prezident Bayden ABŞ-nin bu təhdidlər qarşısında İsraili güclü şəkildə dəstəklədiyini açıqlayıb“, – Ağ Ev qeyd edib.
Gununsesi.info