Tovuzda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

  • By ilhame
  • 06 Aprel 2024 22:13

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

 

VAZ-2106 və “Mercedes Vito” markalı avtomobilərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 2017-ci il təvəllüdlü Mələk Məmmədova, 1998-ci il təvəllüdlü Rafiq Məmmədov və 2018-ci il təvəllüdlü Fatimə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info