Cəlilabadda ilk yerüstü piyada keçidinin inşası yekunlaşıb

  • By ilhame
  • 06 Aprel 2024 21:30

Cəlilabad şəhərində yerüstü piyada keçidinin inşası yekunlaşıb.

Gununsesi.info-nun Muğan bürosunun məlumatına görə, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunub.

Yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilib.

Gununsesi.info