Azərbaycan yenidən Rusiyada istehsal edilən balıq məhsullarını almağa başlayıb.
Gununsesi.org bildirir ki, bununla bağlı Yugsn.ru “Rospotrebnadzor”un (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) hesabatına istinadən məlumat yayıb.
Hesabatda deyilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatını almış 17 müəssisə ölkəmizə balıq ixrac edə biləcək.
Bununla yanaşı, qeyri-ərzaq balıq məhsulları da ixrac oluna bilər.
Gununsesi.org
COMMENTS