Vermont senatoru Berni Sanders, prezidentliyə namizəd uğrunda mübarizədə keçmiş vitse-prezident Cozef Baydeni dəstəklədiyini bildirib.
Gununsesi.org -un Trend-ə istinadən məlumatına görə, senator mövqeyini “Twitter” səhifəsində yayımlanan video konfrans zamanı Baydenlə söhbət əsnasında açıqlayıb.
“Ağ Evdə sizə ehtiyacımız var. Bunun reallaşması üçün əlimdən gələni edəcəyəm. Bu gün bütün amerikalılardan, bütün demokratlardan və müstəqil şəxslərdən, eləcə də bir çox respublikaçıdan bu kampaniyada birləşmələrini və mənim kimi bu namizədi dəstəkləmələrini xahiş edirəm”, – B.Sanders deyib.
ABŞ-ın keçmiş vitse-prezidenti isə onun ilə B.Sandersin kursunun və siyasi görüşlərinin çox oxşar olduğuna inandığını bildirib.
Aprelin 8-də B.Sanders ABŞ prezidentliyinə Demokratlar tərəfindən namizəd uğrunda mübarizəni dayandırdığını açıqladı.
COMMENTS