
Ukrayna ordusunun Bas Qərargah İdarəsi son sutkada Rusiya ordusunun itkilərini açıqlayıb.
Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, hazırda bütün istiqamətlərdə aktiv əməliyyatlar gedir:
“Hazırda Donetsk və Tavriya istiqamətlərində Mariupola aviazərbələr endirilir. Rusiya qoşunları dəniz limanı yaxınlığında hücum əməliyyatları həyata keçirib. 810 və 155-ci ayrı-ayrı dəniz piyada briqadalarının bölmələri desant dəniz əməliyyatı üçün hazırlanır”.
Məlumatda o da vurğulanır ki, hazırda bu istiqamətdəki informasiyalar dəqiqləşdirilir:
“Müvəqqəti işğal edilən ərazilərdə mülki əhaliyə qarşı talanlar və zorakılıq davam edir. Son sutka ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 10 hücumu dəf edilib. Həmçinin 15 tank, 24 zirehli texnika və 3 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 5 PUA və 6 qanadlı raket vurulub”.
Gununsesi.info