
Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 35 nəfərin həyatı təhlükə qarşısında qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, miqrantlardan 6 nəfərinin cəsədi tapılıb, digər 29 nəfərin axtarışları davam etdirilir.
Ümumilikdə isə bu həftə Liviya sahillərində azı 53 miqrant həlak olub.
Gununsesi.info