Erməni hüquq müdafiəçisindən etiraf: “Paşinyan gələndən sonra...”

“2018-ci ildən sonra Ermənistanda hüquq, onun aliliyi sistemi çökdürülüb”.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisi Erik Aleksanyan deyib.

Hüquq müdafiəçisi bildirib ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra cinayət əməlinə görə deyil, şəxslərin kimliyinə görə cəza tətbiq edilir:

“Təəssüflə deyirəm ki, bu belədir. Keçmiş hakimiyyətə bağlı olan şəxslərin məhkəmə proseslərində bu, aydın şəkildə görünür. Cinayət ittihamları olduğu kimi araşdırılmır, şəxslərin kimliyinə və keçmiş hakimiyyətə nə qədər bağlı olmasına görə cəza kəsilir. Hüquqlarını müdafiə etdiyim bir neçə keçmiş hakimiyyət mənsubunun məhkəmə proseslərində buna bir daha şahidlik etdim”.

Gununsesi.info