
Ukraynanın Kiyev şəhərində yaşayan 11 yaşlı azərbaycanlı Yusif Aslanov Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Gununsesi.info xəbər verir ki, Yusif Rusiya liderini Ukraynada müharibəni dayandırımağa çağırıb.
O, aprelin 24-də Rusiyanın Kiyev şəhərini bombardman etməsinin sədaları altında yuxudan oyandığını və müharibə nəticəsində uşaqların, qadınların və qocaların öldürüldüyünü bildirib.
Yusif 11 yaşı olmasına baxmayaraq, özünü Ukraynanın əsgəri hesab etdiyini deyib.
Qeyd edək ki, Yusif Aslanov uşaqlıqdan Xocalı soyqırımı ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında, BMT-nin, ATƏT-in nümayəndəliklərinin qarşısında keçirilən aksiyalarda iştirak edib.
Gununsesi.info